1 Şubat 2014 Cumartesi

TÜRKMAN -TURCOMAN (MAN-MEN sözünün manasının izahı)

ALINTI: https://www.facebook.com/photo.php?fbid=343966429075044&set=a.257534507718237.1073741828.257364141068607&type=1&theater

«Man» sözü ümumtürk mənşəli və çoxyozumlu morfemlərdəndir.Bu morfemin semantikası da bir-birindən fərqli şəkildə izah olunur. Həmin komponentin ifadə etdiyi məna incəliklərini türk dillərinin ən qədim əlamətlərini qoruyub-saxlamış olan etnonimlərdə, toponimlərdə, hətta antroponimlərdə müşahidə etmək olur.

D.Y.Yeremeyev yazır ki, türk dillərində man\men sözü müəyyən dövrlərdə şəkilçi vəzifəsində çıxış etmiş, bu göstəricidə ismin, eləcə də substantivləşmiş sifətin mənasını ehtiva olunmuşdur
Mahmud Kaşğarlının «Divan»ını türk dilinə çevirmiş Bəsim Atalayın izahına görə AZMAN sözü «buruğ qoç»(buyuk koç) anlamındadır.

Fransız Türkolog Jean Deny görüşüne göre ise “MAN” kuvvet ekidir ve TürkMAN “Türkler'in de Türk'ü',soyca Türk ya da KUDRETLİ TÜRK ve öz be öz Türk” anlamına gelmektedir.

KEÇEMAN-EN BUYUK KERTENKELE.
KARAMAN- EN BÜYÜK(ADAM)
ATAMAN-BAŞBUĞLARIN BAŞICISI
KOCAMAN-EN YAŞLI EN BİLGİN.
TÜRKMAN-BÖYÜK TÜRK, ÖZÜ TÜRK.

Ümumiyyətlə, Azərbaycanda etnotoponimlərin müəyyən hissəsinin tərkibində man elementinə rast gəlmək olur. Amma bu elementin qoşulduğu adlarının-arxaizmlərin bəzilərinin etimologiyasını müəyyənləşdirək çətin olur. Məs.: Qaraman, Qodman, Xotman, Hacıman, Çeşman, Dilman və s. [5, s.156, 160] .

Özbəkstanın etnoantroponimlərinin tərkibində man komponentinin işləndiyi faktlar tədqiqatlarda qeyd olunur: Manğit, Manğitoy, Turkmanboy və s. [2, s.92-93] .

Beləliklə, man komponentinin ad yaradıcılığındakı rolunu qismən də olsa, müəyyənləşdirə bildik.

.Bakı Slavyan Universiteti, “Kitab aləmi” nəşriyyat-poliqrafiya mərkəzi, Tağıyev oxuları, Beynəlxalq elmi konfrans, 1-2 iyun 2006-cı il, Bakı, Azərbaycan, 2006, səh.: 142-145